Çin xarici işlər nazirinin ABŞ-a səfərinin tarixi məlum olub

22:55 - 23 Oktyabr 2023 - DÜNYA

Çinin xarici işlər naziri Vanq Yinin ABŞ-a səfəri hələ bu həftə baş tuta bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

Bundan əvvəl Amerikanın Wall Street Journal qəzeti Wang Yi-nin bu həftə Vaşinqtona getməli olduğunu bildirmişdi. Bununla belə, jurnalistlərin qeyd etdiyi kimi, Çin sədri Si Cinpinin ABŞ prezidenti Co Baydenin noyabrda ABŞ-a səfər etmək dəvətini qəbul edib-etməyəcəyi hələlik məlum deyil.

Xəbər xətti