Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısına planlaşdırılan Türkiyədə baş tutacaq.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.
"Bu gün bütün bu sahələrdə razılıq var idi. Tərəflər razılaşdılar ki, iştirakçı ölkələrin hər biri qeyd etdiyim sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Sonra bütün bunları türkiyəli həmkarlarımız əlaqələndirəcək. Təxminən gələn ilin birinci yarısına planlaşdırılan ikinci nazirlər görüşünə ev sahibliyi edəcək”, - Lavrov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu gün İran İslam Respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullahian tərəfindən konkret qiymətləndirmələr və konkret razılaşmalar açıqlanacaq.