Madrid polisi Ukraynanın tarixi irsinə aid olan dəyəri 60 milyon avrodan çox olan 11 qızıl əşyanı müsadirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniya polisinin saytında məlumat verilib.
Məlumata görə, bu işdə üç ispan və iki ukraynalı həbs edilib və bununla da Ukraynadan qeyri-qanuni mədəni sərvətlərin ixracı ilə məşğul olan cinayətkar şəbəkə aradan qaldırılıb.
Cinayətkarların Ukrayna, ingilis və ispan dillərində Ukrayna pravoslav kilsəsinə mənsub olduqlarını təsdiq edən sənədləri olduğu qeyd edilir. Onlar həmçinin mülkiyyət hüququnu və onlara sərəncam vermək hüququnu Madriddə yaşayan pravoslav keşişinə veriblər.