Suriyada ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya qüvvələrinə hücum edilib, xəsarət alan olmayıb və maddi ziyan dəyməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Amerika hərbi idarəsinin əməkdaşı məlumat verib.
Reuters daha əvvəl pilotsuz uçuş aparatlarından istifadə edilən bu hücumun Əl-Tanf bazası ərazisində həyata keçirildiyini bildirmişdi. Pentaqonun sözçüsü bunu təsdiqləyib.