İsrail HƏMAS-ın Qəzzada hədəflərinə zərbələr endirib

08:54 - 21 Oktyabr 2023 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarına və hədəflərinə silsilə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, vurulan hədəflər arasında əməliyyat qərargahları və tank əleyhinə idarə olunan raketlərin buraxılması üçün qurğular var. Bundan əlavə, çoxmərtəbəli binalarda yerləşən müşahidə məntəqələri və snayper mövqeləri məhv edilib.

Xəbər xətti