Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefonla Qəzza böhranının həllini müzakirə edərək, İsrail və Fələstin arasında gərginləşən münaqişə fonunda Qərbin susqunluğunu pisləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Söhbət zamanı Fələstin-İsrail münaqişəsində vəziyyətin gərginləşməsi, İsrailin Qəzzada dinc sakinlərə qarşı törətdiyi insan haqları pozuntuları və problemin həlli üçün atılacaq addımlar müzakirə edilib.
Qeyd olunur ki, Türkiyə prezidenti Qəzzada fələstinlilərin evlərini tərk etməyə məcbur edilməsinin qəbuledilməz olduğunu bildirib.