Oktyabrın 19-da Kiyev şəhərinin bir hissəsi işıqsız qalıb.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə RegioNews DTEK-ə istinadən xəbər verir.
Artıq mütəxəssislərin qəza yerinə yola düşdüyü bildirilir.
Əhalinin elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat sxemdən istifadə etməklə yenidən qoşulacaqlar.
Bundan sonra evlərin etibarlı elektrik təchizatını təmin edən əsas avadanlıqların təmirinə başlanacaq.