Qəzzada ölənlərin sayı 3,7 mini keçib

15:05 - 19 Oktyabr 2023 - DÜNYA

İsrail-Fələstin münaqişəsi başlayandan bəri həlak olan fələstinlilərin sayı 3,7 mini keçib, 12 mindən çox insan isə yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin Qəzza zolağına qarşı davam edən təcavüzü nəticəsində 3785 nəfər ölüb, 12493 nəfər yaralanıb”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Fələstin Səhiyyə Nazirliyi bundan əvvəl Qəzza zolağında eskalasiya zamanı ölənlərin sayının 3,5 mini keçdiyini bildirmişdi.

Məlumata görə, İordan çayının qərb sahilində 69 fələstinli həlak olub, 1,3 mindən çox insan isə yaralanıb.

Xəbər xətti