İsrail Müdafiə Qüvvələri Livanda Kibbutz Manara hücumlarına cavab olaraq zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin Telegram-kanalında dərc olunan bəyanatında deyilir.
"Livan ərazisindən Kibbuts Manara istiqamətində iki tank əleyhinə raket buraxılışı qeydə alınıb, itki yoxdur. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri mərmilərin atıldığı ərazilərə artilleriya atəşi açıb", - deyə hərbçilər bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Manaranın tank əleyhinə raketlərdən atəşə tutulduğunu açıqlamışdı.