Google şirkəti Hindistanda smartfon istehsal edəcək

12:46 - 19 Oktyabr 2023 - DÜNYA

ABŞ korporasiyası 2024-cü ildə Pixel 8 flaqman smartfon modelinin istehsalına başlamağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə korporasiyanın cihazlar və xidmətlər üzrə baş vitse-prezidenti Rik Osterloh məlumat verib. Texnologiya nəhəngi Alphabet Inc-in bir hissəsi olan Google, Hindistanda Pixel smartfonlarının flaqman xəttini istehsal etməyi planlaşdırır.

Hindistan hökumətinin “Make in India” proqramının bir hissəsi olaraq istehsalın 2024-cü ildə başlanması gözlənilir.

Google istehsalı Hindistana köçürəcək ən son qlobal texnologiya nəhəngi olacaq. Əvvəllər Apple korporasiyası ölkədə iPhone 15 smartfonlarının istehsalını təşkil edirdi.

Xəbər xətti