İsrail ordusu daha bir terrorçunu məhv edib

10:45 - 19 Oktyabr 2023 - DÜNYA

İsrail ordusu Qəzza zolağında “Xalq Müqavimət Komitələri” terror qruplaşmasının rəhbəri Rafat Harev Hüseyn Əbu Hilalın məhv edildiyini açıqlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Departament sözçüsü Daniel Hagari bildirib. Onun sözlərinə görə, Xalq Müqavimət Komitələri Qəzza zolağında HƏMAS və İslami Cihaddan sonra üçüncü ən böyük terror qruplaşmasıdır.

Daha əvvəl HƏMAS Siyasi Bürosunun ən azı üç üzvünün məhv edildiyi bildirilmişdi.

Xəbər xətti