Levon Köçəryanın həbs müddəti iki ay uzadılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə onun müdafiəçisi Aleksandr Koçubaev "Facebook"da yazıb.
"Levon Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatət təmin edilib", - vəkil bildirib.
Bu məsələ ilə bağlı məhkəmə iclası 15 saat davam edib. Koçubayevin sözlərinə görə, prokuror bildirib ki, “onda Levon Köçəryanın nalayiq davranışı ilə bağlı faktik məlumat yoxdur, lakin o, həbsdə qalmalıdır”.
Vəkil qeyd edib ki, müdafiə tərəfi etirazlarını bildirib, həmçinin məhkəməyə eksklüziv məlumatlar verib.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu İrəvanda keçirilən mitinqdə polisə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.