Oktyabrın 4-də Şimali Atlantika Alyansının Brüsseldəki mənzil-qərargahında Ukrayna-NATO Şurasının iclası keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Dilan Uayt məlumat verib.
“NATO baş katibinin müavini Mirça Coana çərşənbə günü, oktyabrın 4-də NATO-nun mənzil-qərargahında Ukrayna-NATO Şurasının iclasında iştirak edəcəyi Ukrayna Baş nazirinin müavini Olqa Stefanişinanı qəbul edəcək”, - deyə o bildirib.
NATO-nun mətbuat xidməti görüşün başqa təfərrüatlarını açıqlamır.