Böyük Britaniyadan olan 45 yaşlı keçmiş erotik model Venus Tviqq cazibədar karyerasını bitirdikdən sonra təmizlikçi olub.
Ucnoqta.az xəbər verir ki,o, həyatını The Sun-a danışıb.
Tvigg modellik karyerasına 20 yaşında başlayıb. 21 yaşında sinə böyütmə əməliyyatı keçirib, bunun üçün nəşriyyatlardan külli miqdarda pul alıb və yarıçılpaq şəkillər çəkdirib. O, Playboy modellərindən biri kimi məşhurlaşdı və hətta Hugh Hefnerin Los-Ancelesdəki məşhur malikanəsindəki şənliklərdə iştirak edirdi.
Qadın xatırlayır ki, müxtəlif tədbirlərdə və çəkiliş meydançalarında ondan daima "döşlərini göstərməyi" tələb edirdilər, bu da onun xoşuna gəlirdi və "vəhşi azadlığın" təzahürü kimi görünürdü.
“Bütün bunlara məhəl qoymadım və anamın devizinə əməl edərək model kimi işləməyə davam etdim: “Bu gün yaşa, çünki sabah olmaya bilər”, – Twigg xatirələrini bölüşüb.
Bir müddət modellik agentliyinə rəhbərlik edərək, yeni bir işə pul yatırmaq qərarına gəlib və təmizliyə başlayıb.
Twigg hazırda İngiltərənin cənubunda öz təmizlik xidmətinin sahibidir. “Bu, yəqin ki, köhnə pərəstişkarları üçün şok olacaq, amma indi mənim həyatım əvvəlkinin tam əksinədir. [...] Mən həmişə əyləncələrə gedirdim, amma indi itimlə təbiətdə gəzməyə üstünlük verirəm” - deyib.
İndi o, ortağı ilə kiçik bir evdə yaşayır, təmizlik işləri ilə məşğul olur və tamamilə xoşbəxtdir. Qadın etiraf edir ki, keçmiş həyatını xatırlamağı sevir, amma indiki həyatını heç də az bəyənmir.