90-cı illərin məşhur supermodelləri birlikdə Vanity Fair jurnalının üz qabığında göründülər.
Ucnoqta.az xəbər verir ki, fotosessiyadan görüntüləri Daily Mail nəşr edib.
Fotosessiyada supermodellər Sindi Krouford, Klaudiya Şifer, Naomi Kempbell, Helena Kristensen, Paulina Porizkova, Karla Bruni, Kristi Turlinqton, Şalom Harlou, Milla Yovoviç, Tviqqi, Amber Valletta və başqaları iştirak ediblər. Birgə çəkilişlərdən əlavə, modellərin hər biri ayrıca üz qabığında göründü. Modellər Dolce & Gabbana, Saint Laurent, Blumarine, Alaïa və başqaları kimi aparıcı moda evlərinin geyimlərində poza veriblər.
İlk dəfə Naomi Kempbell, Sindi Krouford, Linda Evangelista və Kristi Turlinqton Britaniyanın Vogue jurnalının 1990-cı il yanvar buraxılışının üz qabığında birlikdə göründülər. Həmin çəkilişdə supermodel Tatyana Patits onlarla poza verib. Əfsanəvi “Vogue” buraxılışını Piter Lindberq çəkib.