Xoşqədəm Hidayətqızı canlı efirdə göz yaşlarına boğuldu
Ucnoqta.az xəbər verir ki, bu gün ARB TV-də yeni mövsümə başlayan "Səni axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, bu günkü verilişə Xocalı ilə, Ağdərə ilə, Xankəndi ilə bütün Azərbaycanla, bütün Qarabağla başlayıram:
"Mən doğulduğum Ağdərəmə dönəcəm. Narınclardan, doğulduğum o, balaca kənddən görüntülər göndərmişdilər. Müqəddəs torpaqlarımız uğrunda şəhid olanların qarşısında baş əyirəm, qazilərimizə cansağlığı arzulayıram. Ali Baş Komandanımız, cənab Prezidentimizə, liderimizə, sərkərdəmizə təşəkkür edirəm".