"Qardaşım, bizim oralar yanır, ..." - Ərdoğandan İlham Əliyevə

16:06 - 25 Sentyabr 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə birgünlük işgüzar səfər üçün Naxçıvana gəlib.

Ucnoqta.az xəbər verir ki, Ərdoğanı Naxçıvan hava limanında Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Qarşılanma zamanı prezidentlər arasında səmimi söhbət olub. Naxçıavnda havanın yağıntılı olduğuna işarə edən Ərdoğan İlham Əliyevə bunu deyib:

"Qardaşım, bizim oralar yanır, sənin bura rəhmətdir".

İlham Əliyev isə cavabında "İndi yağmağa başladı, leysan gedir. Bərəkətdir. Xoş gəldin!" cavabını verib.

///anadolu

Xəbər xətti