"Barselona" İspaniya çempionatının VI turunun ev matçında "Selta Viqo"ya 3:2 hesabı ilə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, kataloniyalılar bu mövsüm ilk məğlubiyyətdən xilas olmağı bacarıb. Belə ki, "Barselona" İspaniya çempionatının altıncı turunun matçında 81-ci dəqiqəyə kimi iki qol geridə olsa da, sonda qalib gəlib.
“Selta”nın heyətində qolları Yorgen Larsen (19-cu dəqiqə) və Anastasios Duvikas (76) vurub. Kataloniyalıların heyətində Robert Levandovski (81, 86) və Joao Feliks (89) fərqlənib.
Mövcud çempion olan "Barselona" mövsümün ilk məğlubiyyətindən qaçmaq üçün matçın son 8 dəqiqəsində üç qol vurdu.
"Barselona"nın 16 xalı var və turnir cədvəlində birinci yerdədir. “Selta” 4 xalla 17-ci yerdədir.
Növbəti mərhələdə “Barselona” sentyabrın 26-da səfərdə “Malyorka” ilə, “Selta” isə sentyabrın 28-də “Alaves”i qəbul edəcək.