Bayden yoxsa, Tramp? - ABŞ əhalisi arasında sorğu keçirilib

12:33 - 18 Sentyabr 2023 - DÜNYA

Amerikalıların 72 faizi ABŞ-ın hazırkı prezidenti Co Baydenin 2024-cü il seçkilərində ölkəyə rəhbərlik etməyə davam edəcək qədər sağlam olmadığını düşünür.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News xəbər verir.

Qeyd olunur ki, yaş və psixi sağlamlıq məsələsi seçicilər üçün əsasdır. Respondentlərin yalnız 34 faizi Baydenin ikinci prezidentlik müddətini başa vura biləcəyini deyib. Eyni zamanda, sorğu iştirakçılarının 55 faizi keçmiş prezident Donald Trampın bütün ikinci prezidentlik müddətini başa vura biləcəyini bildirib.

Sorğu məlumatları da göstərdi ki, amerikalıların əksəriyyəti indi “sərt” (67 faiz) və “enerjili” lider (58 faiz) keyfiyyətlərinə malik prezident istəyir. Bu xüsusiyyətlərin respondentlərin 63 faizinin “sakit” adlandırdığı Baydendən daha çox Trampa (67 faiz) aid edilir.

Xəbər xətti