Niderland "Google"dan 66 milyon dollar tələb edir

16:14 - 12 Sentyabr 2023 - DÜNYA

Niderland İstehlakçı Assosiasiyası və Məxfilik Fondu, mümkün geniş yayılmış məxfilik pozuntularına görə Google-a qarşı 66 milyon dollarlıq iddia qaldırıb.

Ucnoqta.az xəbər verir ki, Assosiasiyanın bəyanatına görə, iddiaçılar korporasiyanı “onlayn reklam tenderləri vasitəsilə şəxsi məlumatları davamlı olaraq izləməkdə və paylaşmaqda” ittiham ediblər. Onlar “Google axtarış sistemindən istifadə edən” hər kəs üçün 804 dollar təzminat tələb ediblər.

İddia Hollandiya məhkəməsinə 82 min nəfərin adından verilib.

Xəbər xətti