İran Xarici İşlər Nazirliyi İslam Respublikasının Parisdəki diplomatik nümayəndəliyinə hücumla bağlı Fransadakı həmkarlarına etiraz notası göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.
"Biz bu hərəkəti qətiyyətlə pisləyirik. Diplomatik quruma hücum səfirliyin konsulluq şöbəsinin işinə müdaxilə cəhdi və konsulluq xidməti almaq üçün diplomatik nümayəndəliyə müraciət edən vətəndaşların hüquqlarına qəsddir", - o, deyib.
“Bu hücumdan bir neçə gün əvvəl biz Fransa hökumətini kiminsə diplomatik qurumlarımıza hücum edə biləcəyi barədə xəbərdarlıq etmişdik və Fransa və bir sıra digər Avropa ölkələrinin hakimiyyət orqanlarından İran səfirliklərinin təhlükəsizliyini gücləndirməyi xahiş etmişdik”, - İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.