Rusiyanın canlı qüvvə itkiləri 268 mini ötüb

10:21 - 9 Sentyabr 2023 - DÜNYA

Rusiyanın daha 600 hərbçisi Ukraynada həlak olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Beləliklə, Ukraynada Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 268140-a çatıb. 

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Ordusunun 15 tank, 13 zirehli texnika, 36 artilleriya sistemi, 3 MLRS, 1 hava hücumundan müdafiə, 18 PUA, 34 maşın, 10 xüsusi texnikası məhv edilib.

Xəbər xətti