Makron Paşinyanla danışdı

10:15 - 9 Sentyabr 2023 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb. Makron bütün fikir ayrılıqlarını yalnız diplomatiya yolu ilə həll etməyə çağırıb.

Söhbətin Azərbaycanın Ermənistanla sərhəddə və Qarabağ yaxınlığında hərbi resursların toplanması ilə bağlı həyəcanlı xəbərlər kontekstində getdiyi qeyd edilir. 

Xəbər xətti