Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı: NOTA VERİLDİ

19:36 - 8 Sentyabr 2023 - DÜNYA

Ermənistan səfiri bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ona ABŞ-la birgə təlimlər, Roma Əsasnaməsinin ratifikasiyasının başlanması və Paşinyanın həyat yoldaşının Kiyevə səfəri ilə bağlı sərt təqdimat edilib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya tərəfi Ermənistan səfirinə bloqqer Badalyanın və “Sputnik Ermənistan”ın köşə yazarı Gevorkyanın saxlanılması ilə bağlı narahatlığını bildirib.

Ermənistan səfirinə Milli Assambleyanın rəhbəri Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarovaya ünvanladığı qəbuledilməz bəyanatlarla bağlı etiraz notası da verilib.

Xəbər xətti