Gürcüstanda daşqın nəticəsində ölənlərin sayı artıb

14:22 - 8 Sentyabr 2023 - DÜNYA

Xilasedicilər Gürcüstanın qərbindəki Quriya bölgəsində güclü yağışın yaratdığı daşqın nəticəsində həlak olan ikinci şəxsin cəsədini tapıblar.

Ucnoqta.az xəbər evrir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Axtarış tədbirləri nəticəsində daha bir meyit tapılıb, bir nəfərin axtarışları davam etdirilir.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi azyaşlının meyitinin tapılması və itkin düşən iki vətəndaşın axtarışı barədə məlumat vermişdi.

Xəbər xətti