Britaniya Qara dənizə kəşfiyyat təyyarələri göndərəcək

13:32 - 8 Sentyabr 2023 - DÜNYA

Böyük Britaniya Rusiya Federasiyasının fəaliyyətini izləmək üçün Qara dəniz regionuna kəşfiyyat təyyarələri göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.

Ofis Rusiyanın Qara dənizdəki fəaliyyətini izləmək üçün Britaniya kəşfiyyatından istifadə ediləcəyini vurğulayıb.

“Bu müşahidə əməliyyatlarının bir hissəsi olaraq Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Rusiyanın mülki taxıl daşıma gəmilərini qeyri-qanuni şəkildə hədəfə almasından çəkindirmək üçün ərazi üzərində uçacaq”, - deyə məlumatda bildirilir.

Xəbər xətti