Honq-Konqda güclü yağışlar nəticəsində bir nəfər ölüb

12:22 - 8 Sentyabr 2023 - DÜNYA

Honq-Konqda 1884-cü ildən bəri qeydə alınan ən güclü yağışdan sonra ən azı bir nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.

Daha əvvəl nəşr Honq-Konqda yağış nəticəsində azı 102 nəfərin xəsarət aldığını, onlardan dördünün ağır yaralandığını bildirmişdi.

Qəzetin məlumatına görə, güclü yağış nəticəsində xəsarət alanların sayı 110 nəfərə çatıb, onlardan dördünün vəziyyəti ağırdır.

Xəbər xətti