Şimali Koreya taktiki nüvə silahı ilə təchiz edilmiş yeni sualtı qayığı suya buraxıb

12:03 - 8 Sentyabr 2023 - DÜNYA

KXDR-də taktiki nüvə silahı ilə təchiz edilmiş ən yeni sualtı qayığın buraxılış mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Koreyanın səsi radiostansiyasının məlumatına görə, KXDR-in qarşıdan gələn gününə həsr olunmuş mərasimdə ölkə lideri Kim Çen In iştirak edib.

Bu, Şimali Koreyanın taktiki nüvə silahı ilə təchiz edilmiş ilk sualtı qayığı olduğu vurğulanır. Həmçinin bildirilir ki, yeni sualtı qayıq hazırda sınaq səfəri üçün dənizə çıxmağa hazırlaşır.


Xəbər xətti