Çin orbitə yeni peykləri uğurla buraxıb

16:08 - 5 Sentyabr 2023 - DÜNYA

Çin Milli Kosmik İdarəsi (CNSA) Sarı dənizdəki dəniz platformasından istifadə etməklə dörd peyki orbitə çıxarıb

Ucnoqta.az xəbər verir ki, RİA Novosti Ceres-1 raketinin yaradıcısı olan Galactic Energy şirkətinə istinadən məlumat yayıb.

Ceres-1 (Gushenxing-1) bərk yanacaq raketi Çin və xarici kosmik agentliklərə xidmət göstərmək üçün Galactic Energy tərəfindən yaradılmışdır. Ceres-1, Tianqi Constellation peyk bürcünə daxil olan "Tianqi-21", "Tianqi-22", "Tianqi-23" və "Tianqi-24" peyklərini orbitə çıxarıb. Nəticədə 2024-cü ilə qədər bürc 38 peyk və bir neçə yerüstü stansiyadan ibarət olacaq.

Buraxılış Çinin şərqindəki Şandun əyalətindəki Haiyan şəhəri yaxınlığındakı akvatoriyadan həyata keçirilib.

Xəbər xətti