Bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflərinin 28-ci Konfransına ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri təmiz enerji layihələrinin həyata keçirilməsi üçün Afrika ölkələrinə 4,5 milyard dollar ayırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri və COP28-in sədri Sultan bin Əhməd Əl Caber Nayrobidə keçirilən Afrika İqlim Sammitində bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, layihələr Abu-Dabi İnkişaf Fondu, Etihad Credit Insurance ixrac kredit agentliyi, eləcə də dünyada ən sürətlə inkişaf edən bərpa olunan enerji bazarlarından sayılan Əmirliyin Masdar və AMEA Power şirkətləri tərəfindən maliyyələşdiriləcək. Təşəbbüsün benefisiarı, əl-Caberin qeyd etdiyi kimi, Afrika İnkişaf Bankı tərəfindən dəstəklənən dövlətlərarası investisiya platforması Africa50 olacaq.