Meksikada təyyarə uşağın cinsiyyətini müəyyən etmək üçün mərasim zamanı qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, təşkilatçıların planına görə, təyyarə uşağın cinsiyyətinə uyğun olaraq çəhrayı və ya mavi tüstü buraxaraq qonaqların üzərindən uçmalı idi. O, çəhrayı tüstü buraxaraq qonaqların üzərinə düşüb. Ağır yaralanan pilot xəstəxanaya çatdırılıb.