Hindistanda ildırım 12 nəfəri vurub öldürüb

08:47 - 4 Sentyabr 2023 - HADİSƏ

Hindistanın şərqindəki Odişa ştatında ekstremal hava şəraiti səbəbi ilə ildırım vurması nəticəsində azı 12 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb. Məlumata görə, 14 nəfər yaralanıb.

Qeyd olunur ki, insanların ölümü sentyabrın 2-də baş verib, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım çaxması nəticəsində 907 nəfər həlak olub.

Xəbər xətti