Sentyabrın 4-də Soçidə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə məlumat verib.
“Hələlik görüşün sentyabrın 4-də keçirilməsi planlaşdırılır”, - mənbə bildirib.
Türkiyə hakimiyyəti Ərdoğanın Rusiyaya səfərinin rəsmi tarixini hələlik açıqlamayıb.
NTV telekanalı mənbələrə istinadən xəbər verir ki, Ərdoğanın Rusiyaya səfəri sentyabrın 4-də, Putinlə görüşü isə həmin gün Soçidə baş tutacaq.