Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğanın Putinlə görüşü Soçidə planlaşdırılır

14:33 - 31 Avqust 2023 tarixində dərc olunub.

Sentyabrın 4-də Soçidə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə məlumat verib.

“Hələlik görüşün sentyabrın 4-də keçirilməsi planlaşdırılır”, - mənbə bildirib.

Türkiyə hakimiyyəti Ərdoğanın Rusiyaya səfərinin rəsmi tarixini hələlik açıqlamayıb. 

NTV telekanalı mənbələrə istinadən xəbər verir ki, Ərdoğanın Rusiyaya səfəri sentyabrın 4-də, Putinlə görüşü isə həmin gün Soçidə baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası