Ukrayna və Belarus sərhədində partlayış baş verib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, "Sloveçno" stansiyasından 800 metr aralıda dəmiryol körpüsündə səs eşidilib. İlkin məlumata görə, bir neçə TM-62M tank əleyhinə mina partlayıb.
Qeyd edilir ki, partlayışın səbəbi ildırım vurması ola bilər. Ölən və yaralananlar barədə məlumat verilmir. Körpünün dayağı da zədələnib.