Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna və Belarus sərhədində partlayış olub

13:45 - 29 Avqust 2023 tarixində dərc olunub.

Ukrayna və Belarus sərhədində partlayış baş verib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, "Sloveçno" stansiyasından 800 metr aralıda dəmiryol körpüsündə səs eşidilib. İlkin məlumata görə, bir neçə TM-62M tank əleyhinə mina partlayıb.

Qeyd edilir ki, partlayışın səbəbi ildırım vurması ola bilər. Ölən və yaralananlar barədə məlumat verilmir. Körpünün dayağı da zədələnib.

Müəllif: Ucnoqta.az redaksiyası