Meksikanın mərkəzində, Sumpanqo bələdiyyəsi yaxınlığında avtomobil yolunda yanacaq daşıyan maşının aşması və partlaması nəticəsində azı 8 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Excelsior qəzeti məlumat yayıb.
Qeyd olunur ki, yük maşını partlayan zaman yolun hərəkət hissəsində yaxınlıqda sərnişinlərlə taksi olub, onların hamısı ölüb. Faktla bağlı araşdırma aparılır.