Rusiyada nazir xəstəxanada vəfat edib

11:23 - 28 Avqust 2023 - HADİSƏ

Rusiya Federasiyası İnquşetiyanın xarici əlaqələr, milli siyasət, mətbuat və informasiya naziri Vaxa Bekov ağır xəstəlikdən tibb müəssisəsində vəfat edib

Ucnoqta.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti bildirib.

Bildirilir ki, ağır xəstəlikdən sonra regionun Xarici Əlaqələr, Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyinin rəhbəri Vaxa Bekov qəfil dünyasını dəyişib.

Bekov pankreatitdən əziyyət çəkirdi və uzun müddət idi ki müalicə olunurdu.

Bekov 2023-cü ilin martında İnquşetiyanın Xarici Əlaqələr, Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyinin rəhbəri təyin edilib. O, əvvəllər nazir müavini vəzifəsində çalışıb.

Xəbər xətti