Türkiyədə Bodrum kurortunda atışma olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, münaqişə otelə maşınla gələn 3 nəfər və hücum zamanı oteldə olan daha 3 turist arasında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım maşını hadisə yerinə gəlib. Bir nəfər 28 yaşlı kişi dünyasını dəyişib, üç nəfər yaralanıb.
Hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb.