Abşeronda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Cəlilova Qaliya Abdullovna yaşadığı evdə sirkə turşusu içərək intihar edib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılsa da, xilas etmək mümkün olmayıb.
Qadının görmə və müəyyən psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.