Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Nabran kəndində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Emin Tofiq oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.
E.İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.