Azərbaycan və Özbəkistan 2023-2025-ci illər üzrə enerji əməkdaşlığı inkişafının yeni Yol Xəritəsini imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni Yol Xəritəsini imzaladıq. Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək”, - deyə nazir qeyd edib.