Turin və İtaliya yığmasının keçmiş qapıçısı Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı olduğunu düşünmür.
Ucnoqta.az xəbər verir ki, bu barədı Football Tweet yazıb.
“Bütün zamanların ən yaxşı qapıçısı olduğumu düşünən insanlara təşəkkür edirəm, amma elə deyiləm. Uzun müddət davam etdiyim üçün belə düşünürlər. Amma mənim üçün bütün zamanların ən yaxşı qapıçısı İspaniyadan İker Kasilyasdır. O, Avropanın ən böyük klubunda oynayıb və həm klubda, həm də millidə hər şeyi qazanıb”, - deyə italyan bildirib.