Messi DÇ-2022-dəki qələbəni "Qızıl top"la müqayisə edib

09:58 - 18 Avqust 2023 - İDMAN

"İnter Mayami"nin hücumçusu Messi 2022-ci il dünya çempionatında qələbəni əsas nailiyyət adlandırıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, "İnter Mayami"nin və Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qalibiyyətlə yeddi "Qızıl top" qazanmağın əhəmiyyətini müqayisə edib. 

Onun sözlərinə görə, futbolda əsas mükafatlar komanda mükafatlarıdır.

“Mən heç vaxt “Qızıl top”a əhəmiyyət verməmişəm. Dünya çempionatını qazandıqdan sonra bu mükafat haqqında çox az düşünürəm. Mənim üçün ən önəmlisi komanda titullarıdır. Karyeramda hər şeyi qazandığım üçün bəxtim gətirdi”, - deyə Messi bildirib.

Xəbər xətti