"İnter Mayami"nin hücumçusu Lionel Messi artıq ABŞ-a uyğunlaşdığını və özünü rahat hiss etdiyini etiraf edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News yazıb.
“Əvvəlcə istiyə və hər şeyə görə uyğunlaşmaq bir az çətin idi, amma indi özümü rahat hiss edirəm. Mən burada olmaqdan xoşbəxtəm. Mənim olmaq istədiyim yer budur. Bura gəlmək bir ailə qərarı idi. Həyat yoldaşım və uşaqlarımla razılaşdıq. Biz bu şəhəri sevirik və azarkeşlərin münasibətini bəyənirik. Bizim üçün asanlaşdırdılar. Əvvəldən bizi sevgi və yaxınlıqla qarşıladılar”, - deyə Messi bildirib.