Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne Premyer Liqanın yeni mövsümünün ilk oyununda bud nahiyəsindən zədə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib. "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne zədə səbəbindən bir neçə ay meydana çıxa bilməyəcək və əməliyyat oluna bilər.
“Bu, ciddi zədədir. Onun əməliyyata ehtiyacı olub-olmadığına qərar verməliyik, amma bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Əməliyyatla bağlı qərar yaxın günlərdə veriləcək, o, üç və ya dörd ayı buraxa bilər”, - BBC yazıb.
32 yaşlı belçikalı ötən həftə İngiltərə Premyer Liqasının (APL) yeni mövsümünün ilk turunun "Bernli" ilə oyununda zədələndiyi üçün əvəzlənib. Oxşar zədə səbəbindən De Bruyne ötən mövsüm Çempionlar Liqasının finalında əvəzlənmişdi.