Mahaçqalada partlayış baş verib
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, Mahaçqalada "Globus" ticarət mərkəzinin yaxınlığındakı avtoservis binasında partlayış baş verib. Bütün fövqəladə hallara müdaxilə xidmətləri cəlb olunub. Mahaçqala administrasiyasının nümayəndələri hadisə yerinə yola düşüb.
Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.