Ucnoqta.az
www.ucnoqta.az

Mahaçqalada partlayış - 5 nəfər ölüb, 10 yaralı

23:52 - 14 Avqust 2023 tarixində dərc olunub.

Mahaçqalada partlayış baş verib

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, Mahaçqalada "Globus" ticarət mərkəzinin yaxınlığındakı avtoservis binasında partlayış baş verib. Bütün fövqəladə hallara müdaxilə xidmətləri cəlb olunub. Mahaçqala administrasiyasının nümayəndələri hadisə yerinə yola düşüb.

Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası