Türkiyənin "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
APA xəbər verir ki, İstanbul təmsilçisi III raundda Sloveniya "Olimpiya”sını (Lyublyana) mübarizədən kənarlaşdırsa, Klaksvik(Farer adaları)-Molde (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qalatasaray” II raundda Litvanın “Jalgiris” klubunu mübarizədən kənarlaşdırıb.