Ucnoqta.az
www.ucnoqta.az

Çempionlar Liqasında "Qalatasaray"ın potensial rəqibləri müəyyənləşib

14:54 - 7 Avqust 2023 tarixində dərc olunub.

Türkiyənin "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

APA xəbər verir ki, İstanbul təmsilçisi III raundda Sloveniya "Olimpiya”sını (Lyublyana) mübarizədən kənarlaşdırsa, Klaksvik(Farer adaları)-Molde (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qalatasaray” II raundda Litvanın “Jalgiris” klubunu mübarizədən kənarlaşdırıb.

Müəllif: Ucnoqta.az redaksiyası